Interposta.Info

Goranboyda 200-dən çox ağac yanıb -VİDEO

Ölkə
 1-10-2018, 23:02     10 440

Magistral yolun kənarına əkilən 200-dən çox şam və akasiya ağacları yanğından zədələnib.

Xezerxeber.az bildirir ki, biçilmiş sahədən gələn alov müxtəlif diametrli ağacları yararsız hala salıb. Hadisə Goranboyda baş verib. Biçilmiş sahənin alovlanması yanğının tez bir zamanda ətrafa yayılmasına səbəb olub. Dərhal hadisə yerinə yağınsöndürənlər cəlb olunub və alovun qarşısı alınıb. Ərazidə araşdırma aparan 10 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin əməkdaşları yanğın nəticəsində 190 müxtəlif diametrli şam və 11 ədəd akasiya ağacının zədələndiyini müəyyələşdiriblər.

İdarənin əməkdaşı Rövşən Məmmədov bildirlib ki, məsələ ilə bağlı araşdırmalar aparılır və bununla bağlı müvafiq tədbirlər görüləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26