Interposta.Info

Nazirlikdəki qalmaqallı tenderlərdə adı keçən holdinq vergi borcunu ödəmir

Paradoks
 14-03-2022, 12:51     790

“Akabe Holdinq” vergiyə olan borcunu ödəməyib.

Musavat.com xəbər verir ki, 2020-ci ildə təsis edilən və nizamnamə kapitalı cəmi 200 manat olaraq göstərilən holdinqin qanuni təmsilçisi Surayə Bağırovadır.

Holdinq qısa müddətdə yaradılsa da bir neçə tenderlərdə qalib olub. Əsas da Müdafiə Nazirliyində elan edilən tenderlərdə qalib kimi “Akabe Holdinq”in adına rast gəlmək mümkündür.

Adı çəkilən holdinqin vergiyə 5 min manata yaxın borcu olsa da ödəmir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26