Interposta.Info

Ucar  Mərkəzi Xəstəxanasında həkim hər gün 3000-3500 manat pulu necə qazanır?

Paradoks
 19-11-2021, 21:06     1 724

Ucar rayon sakinləri rayon xəstəxanasında gedən rüşvətxorluqa etiraz edirlər.

İnterPosta.info
-ya müraciət edən rayon sakinləri bildirir ki, Ucar rayon Mərkəzi Xəstəxanasının həkimi İlahə Ağayeva hər gün 3000-3500 manat pul qazanır.
Ucar  Mərkəzi Xəstəxanasında həkim hər gün 3000-3500 manat pulu necə qazanır?

Müraciəti olduğu kimi təqdim edirik:

Biz bu şikayət məktubunu yazan Ucar rayon sakinləri Ucar rayon xəstəxanasında özbaşınalıqla rüşvətxorluqla üzləşmişik. Ucar rayon Mərkəzi Xəstəxanasının həkimi İlahə Ağayeva hər gün 3000-3500 manat pul qazanır ki, buna görə o artıq harınlaşmışdır.Çünki onu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun hoqqabaz qardaşı İldırım Məmmədov himayə edir.
Belə ki, Ucar rayon Mərkəzi Xəstəxanasında həkim İlahə Ağayevanın müayinəsinin özəl qiymətləri var.Ültrasəs müayinə aparatı işlədən İlahə həkimin qiymət cədvəli aşağıdakı kimidir.Qaraciyər dalaq müayinəsi 50 manat, böyrək müayinəsi 50 manat, prostata vəzi, sidik kisəsi kor bağırsaq 60 manat, mədəaltı vəzi 50 manat.
Bu cədvəldə göstərilən qiymətdən 1 manat az pulu ödəyən şəxs təhqqirlərə məruz qalaraq oradan qovulur. Həttda İlhahə həkim pul yığmaq üçün özünə iki tibb bacısı ayrıb.İlahə həkimin hər gün otağının qarşısnda yüzdən çox xəstə növbə gözləyir.İlahə həkimin qiymət cədvəlinə uyğun maddi imkanı olmayan xəstələr qonşu Göyçay rayon xəstəxanasına üz tuturlar.Bu hoqqabaz, qudurğan həkimin özbaşınalğına görə kasıb insanlar çox əziyyət çəkirlər.
Ucar rayon xəstəxanasında icbari sığortanın İahə həkimə heç bir aidiyyatı yoxdur.Adam o dərəcədə harınlayıb ki, bahalı avtomobili ilə rayonda at oynadır, avtoşluq edir.
Həttda yol hərəkəti qaydasını pozduğuna görə ona cərimə tətbiq edildiyi üçün polis zabitini insanların gözü qarşısında təhqqir edib alçaltmışdır.Belə ki, xəstə həyat yoldaşını ültrasəs müayinəyə gətirən polis zabitinə qışqıran İlahə həkim "Siz mənə cərimə tətbiq etmisiniz məndə sənin həyat yoldaşını müayinə etmirəm tez xəstənidə götürüb buradan rədd ol".
Həmin vaxt polis zabiti ağrılar içində qıvrılan həyat yoldaşını təcili olaraq qonşu Göyçay rayon Xəstəxanasına aparmağa məcbur olmuşdur.Bütün bu hadisələr orada olan müşahidə kameralarına da düşüb.
Ucar rayon xəstəxanasında korrupsiya yuvası yaratmış İlahə həkimin sözünün üstünə söz deyən yoxdur Çünki onu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədov himayə edir.Xəstəxananın baş həkimi isə İldırım Məmmədovun qızının qaynı Zeynal Bayramlıdır. Bu səbəbdən Zeynal Bayramlı özü şəxsən İlahə həkimin kapirizlərinin qarşsında aciz qalmışdır.

Ucar rayon sakinləri:

Həmidov Rəhim Nazim oğlu Ucar şəhəri H.Əliyev prospekti ev 27
Həsənov Hüseyn Məcid oğlu Ucar şəhəri Oğuz küçəsi ev 43
Kamilova Ruhiyyə Bilal qızı Ucar şəhəri Oğuz küçəsi ev 29
Babayev Cəfər Tahir oğlu Ucar şəhəri H.Əliyev prospekti ev 44 küçəsi
Vəliyeva Elmira Məhəmmədəli qızı Ucar şəhəri H.Əliyev prospekti ev 36
Alıyev Paşa Rzaqulu oğlu Ucar şəhəri Koroğlu küçəsi ev 53

İnterPosta.info olaraq vətəndaşların etdiyi iddiyalara görə qarşı tərəfidə dinləməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26