Interposta.Info

“Azəriqaz” Ramiz Mehdiyevi cərimələdi: İllərdir borcunu ödəmir

Paradoks
 31-08-2021, 10:25     2 207

Prezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşları tərəfindən cərimələnib.
"İnterPosta" xəbər verir ki, Hurriyyet.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev Novxanıda yerləşən villasının qaz borcunu illərdir ödəməyib.
Bu müddət ərzində “Azəriqaz” əməkdaşları mavi yanacağa görə borcun miqdarını hesablaya bilməyiblər. Çünki sayğaç içəridə quraşdırılıb və onların villaya daxil olmasına icazə verilməyib.
Məlumata görə, bu günlərdə “Azəriqaz” rəhbərliyinin göstərişi ilə R.Mehdiyevin villasına daxil olan əməkdaşlar PA-nın sabiq rəhbərinin 16 min manat həcmində cərimələyiblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26