Interposta.Info

Tibbi Sığorta Agentliyi ölkə başçısına ünvanlanan müraciəti icra etmədi - AZYAŞLI ÖLÜMLƏ ÜZ-ÜZƏ QALIB

Paradoks
 26-08-2021, 22:46     1 946

Kürdəmir sakini İsmayılova Aygül Sakit qızı redaksiyamıza müraciət edərək, 2011-ci il təvvəllüdlü oğlu Aliimran İsmayılzadənin anadangəlmə irsi qan xəstəliyi olan betta talassemiyadan əziyyət çəkdiyini deyib.

Aygül İsmayılova ölkə başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb.

İnterPosta.info müraciəti olduğu kimi təqdim edir:

Etdiyimiz müraciətin təmin edilməsi İcbari Tibbi Sığorta Agentliyinə tapşırılır. Agentliyə üz tutan Aygül İsmayılovaya karantin səbəbindən xaricə göndərişlərin dayandırıldığı bildirilib:
"Oğlum Aliimran İsmayılzadənin 2012-ci ildən anadangəlmə irsi qan xəstəliyi olan betta talassemiyadan əziyyət çəkir. 2014-cü ildən Talassemiya Mərkəzində qeydiyyatdadır. Mütəmadi olaraq hər 15 gündən bir qan köçürülür və müalicə olunur. Biz Heydər Eliyev fonduna və cənab Prezidentə mektub yazmışdıq. Daha sonra bizə İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyindən məktub göndərildi. Məktubda qeyd edilir ki, TƏBİB-in 06.03.2020-ci iltarixli 06 nömrəli qərarı ilə yaradılmış vətəndaşların tibbi xidmətlər üçün xarici ölkələrə göndərilməsi komissiyasında baxılmasını təmin etmək üçün rəy verilməsi və Agentliyə təqdim edilməsi tapşırılır. Biz də göndərilmiş məktuba uyğun olaraq rəyi almaq üçün Milli Hemotologiya Merkezinə getdik. Mərkəzdın sığortaya təqdim etmək üçün rəyi aldıq. Rəydə deyilir ki, vətəndaş Aygül Sakit qızı İsmayilova Dünya Donor Bankına müraciet etmişdir. Daha sonra qeyd edilir ki, övladım Aliimran Elvin oğlu İsmayilzadənin sümük iliyi transplantasiyası əməliyyatının aparılması mütləqdir. Yenidən sığorta Agentliyinə getdik. Lakin, bizə ürəkaçmayan cavab verdilər. Dedilər ki, karantin olduğuna görə xaricə göndəriş dayandırılıb".
Görünür ki, Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkə başçısına ünvanlanan müraciətləri əhəmiyyətsiz sayaraq verilən tapşırıqları icra etməkdən boyun qaçırır. Digər tərəfdən, əgər xarici ölkələrə müalicə üçün göndərişlər dayandırılbsa, o zaman YAŞAT fondu tərəfindən yüzlərlə qazimiz müalicəyə göndərilməzdi. Ümid edirik ki, Tibbi Sığorta üzrə Dövlət Agentliyi karantini bəhanə edərək, bir azyaşlının ölümünü şəxsi mənfəətlərindən üstün tutmayacaq. Əks təqdirdə, onlara tapşırılan müraciəti icra etməməklə, bir daha lazımsız qurum olduğunu isbat etmiş olacaqlar.
Qarşı tərəfi dinləməyə hazırıq.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26