Interposta.Info

Mehdi Səlimzadə hara baxır? - 700 işçisi olan «Komxoz» və koronavirusdan dahada təhlükəli olan maşdablar!..

Paradoks
 24-08-2021, 22:31     1 610

Mehdi Səlimzadə rayona niyə qayğı göstərmir?

İnterPosta.info xəbər verir ki, Göyçay rayonundakı mənbəmiz verdiyi məlumata görə, İcra başçısı Mehdi Səlimzadənin fəaliyyəti nəticəsində şəhərin mərkəzi küçələri zibilliyə qərq olub.

23 avqust 2021-ci il ilk iş günü saat 12-00 mənzərə budur.

Küçələr, evlərin qarşısı zibil tullantısı ilə doludur. Ətrafa üfunət iyi, təhlükəli xəstəlik yayan bu zibilliklər vaxtlı-vaxtında təmizlənmədiyi üçün insnların həyat və sağlamlıqları təhlükə altındadır.
Baxmayaraq ki, Göyçay «Komxoz» idarəsində 700 nəfərə yaxın işçinin adı gedir.
Adı işdə olan özü isə bir gündə olsun işə çıxmayanlar var ki, onların ya maaş kartları vəzifəli şəxslərin cibindədir yada aylıq haqq verirlər deyə onlara gözün üstə qaşın var deyən yoxdur. İcra başçısı Mehdi Səlimzadənin başı bazar açmağa, torpaq satmağa və digər korrupsiya əməllərinə qarşıdığı üçün Göyçay rayonu zibillik içində itib- batır, rayon antisanitar vəziyyətdədir ki, buda koronavirusdanda təhlükəli epidemiyaya gətirib çıxaracaq.Bu dəhşət saçan mənzərəni şəxsən çəkib mərkəzi orqanların nəzərəinə çatdırırıq ki, təcili tədbir görülsün, yoxsa yeni növ qorxulu virus yayılacaq.
Qarşı tərəfi dinləməyə hazırıq.

İnterPosta.info








Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26