Interposta.Info

İcra başçısı bizi intihar həddinə çatdırıb- Göyçay sahibkarlarından ŞİKAYƏT

Ölkə
 29-12-2017, 11:00     10 254

"XeberBiz" xəbər verir ki, Göyçay rayonunda fəaliyyət göstərən bir qrup sahibkar AFN.az-ə şikayət məktubu ünvanlayıb. Abdullayev Kamil Aydın oğlu, Allahverdiyev İlqar Kamil oğlu, Əliyev Sübhan Akif oğlu, Məmmədov Əyyub Zaman oğlu, Əkbərov Zakir Nuru oğlu tərəfindən göndərilən məktubda Göyçay rayon icra başçısı Mehdi Səlimzadədən şikayət əksini tapıb. Sahibkarlar bildirirlər ki, icra “başçısının bazar oyunları biz sahibkarları intihar həddinə çatdırıb”.

Məktubda qeyd olunur ki, “Göyçay Avtonəqliyyat” ASC-nin həyətində fəaliyyət göstərən kolxoz bazarının fəaliyyətinə xitam verməyə nail olan Mehdi Səlimzadənin əsl niyyəti heç də antisanitariyaya qarşı mübarizə aparmaq deyilmiş: “Vəzifə səlahiyyətlərindən sui-istifadə edən Mehdi Səlimzadə antinasitariya adı ilə “Göyçay Avtonəqliyyat” ASC-də fəaliyyət göstərən bazarı bağlatdırıb özü üçün şəhərin mərkəzində yerləşən Rəşid adlı şəxsə məxsus böyük binası olan mebel mağazasında yeni bazar açır. Həmin mebel mağazasının bazar kimi fəaliyyət göstərməsi məqsədə uyğun deyil. Çünki mebel mağazası yerləşən ərazi avtomobillərin gur gedib-gələn yerində yerləşir. Biz kasıbçılıqla zəhmətlə bir tikə çörəyini qazanan insanlar bu bazar bağlayıb-bazar açma oynundan cana doymuşuq. Mehdi Səlimzadə öz marağına görə insanları kütləvi qırğına verməyə belə hazırdır. Vəzifə hərisi, korrupsiya xəstəsi olan Mehdi Səlimzadənin yaratdığı özbaşınalığın nəticəsində ötən gün iki məktəb direktoru intihara edib. Səlimzadənin özbaşınalığının qarşısı alınmasa, biz sahibkarlar da kütləvi şəkildə intiharlar edəcəyik. İnsanları intihar həddinə çatdıran Mehdi Səlimzadənin barəsində təcili və ciddi tədbir görülməlidir.
Qeyd edək ki, Mehdi Səlimzadənin açacağı həmin bazarın yerləşdirilməsi nəzərədə tutulan mebel mağazasının arxa tərəfindəki böyük ərazidə olan 50-dən çox böyük şam ağacları qanunsuz olaraq kəsilərək məhv edilib. Mehdi Səlimzadənin bu bazarına qardaşı oğlu, Göyçay Gənclər Mərkəzinin müdiri Səməd rəhbərlik edəcək. Bu əmi-qardaşoğlu öz tamahlarına görə biz sahibkarların bayramımızı qara gətimək istəyirlər. Hətta biz sahibkarlar xahiş etdik ki, heç olmasa bayrama kimi möhlət verin köhnə bazarda alverimizi edib yeni ildən sonra sizin bazara köçürülərik, lakin buna əhəmiyyət vermirlər.
Biz mətbuat vasitəsi ilə Prezident İlham Əliyev cənablarına və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirik. Xahiş edirik, bizi Mehdi Səlimzadənin zülmündən xilas edin. Əks təqdirdə, biz kütləvi intihar edəcəyik”.
Qeyd edək ki, məktub redaksiyamıza dekabrın 24-də daxil olub. Bu günlər ərzində dəfələrlə Göyçay RİH-in rəsmi saytında göstərilən telefonlara zəng edərək mövqe almaq istəsək də, təəssüf ki, cəhdlərimiz nəticəsiz qaldı. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

interposta.info

İcra başçısı bizi intihar həddinə çatdırıb- Göyçay sahibkarlarından ŞİKAYƏT
İcra başçısı bizi intihar həddinə çatdırıb- Göyçay sahibkarlarından ŞİKAYƏT
İcra başçısı bizi intihar həddinə çatdırıb- Göyçay sahibkarlarından ŞİKAYƏT

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26