Interposta.Info

Almaniya Azərbaycanı koronavirusa görə riskli ölkələr siyahısına daxil etdi

Paradoks
 21-06-2020, 20:53     732

Almaniya Federativ Respublikası koronavirus pandemiyası ilə bağlı Azərbaycanı riskli ölkələr siyahısına daxil edib.

CivilAzerbaijan.com bildirir ki, Almaniyada yoluxucu xəstəliklərin öyrənilməsi ilə məşğul olan Robert Kox İnstitutundan verilən məlumata görə, siyahıda olan 130 ölkə koronavirusa görə səyahət üçün təhlükəli hesab olunur.

Almaniya Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi internet saytında siyahıda olan ölkələrə səyahət etməməklə bağlı bildiriş yayımlayıb.

Riskli ölkələrdən Almaniyaya gələnlər isə məcburi olaraq 14 gün karantin nəzarətində saxlanılacaqlar.

İspaniya və İtaliyadan sonra üçüncü ən populyar tətil yeri olan Türkiyənin də riskli ölkələr siyahısında olması milyonlarla insanı yay tətili planını dəyişdirmək məcburiyyətində qoyub.

Robert Kox İnstitundan bildirilib ki, Avropa Birliyi vətəndaşları üçün riskli ölkələrin sayı 160-dır. Almaniya üçün 130 riskli ölkə siyahısı Federal Səhiyyə Nazirliyi, Federal Xarici İşlər və Federal Daxili İşlər Nazirliyinin birgə təhlili və qərarı əsasında tərtib olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26