Interposta.Info

Kamalədin Heydərovun "Aqa" ləqəbli adamı 100-ə qədər işçinin əmək​ müqaviləsinə xitam verib

Paradoks
 31-03-2020, 02:50     4 456

2011-ci ildə "Prezident İlham Əliyev tərəfindən Astara rayonund açılışın etdiyi "Astara Azdyutee Free shops LTD MMC" artıq fəaliyyətin dayandırmaq mərhələsindədir.

"İnterPosta" xəbərinə görə, Prezident açılışın etdiyi "Astara Azdyutee Free shops LTD MMC"nin idarə heyəti rəhbərləri dəyişməklə mmc-nın qara günləri başlayıb.


Adının çəkilməsini istəməyən mənbəmiz bildirir ki, şirkətə yeni gələn rəhbər Həmidulla Məmmədov adlı "Aqa" ləqəbi ilə tanınan şəxs və onun köməkçisi Yaşar adlı şəxs oranı idarə etməyə başlayıblar. Rəhbərlik etdikləri dövürdə 100-ə qədər işçinin əmək​ müqaviləsinə xitam veriblər və bu gün də işçilərin əmək​ müqaviləsinə xitam davaməkdə davam etdirirlər.
Göründüyü kimi, ölkənin hər yerində Prezident iş yerlərinin açılmasına təşəbüs göstərir amma, Həmidulla Məmmədov işçiləri işdən çıxarmaqla azərbaycan iqtisadiyyatına zərbə vurur. Zəhmətkeşlər ən kiçik bir haqqa, insan kimi yaşamaq üçün zəruri şəraitə belə sahib deyil. Əksinə, bütün əməklərinin nəticəsi kimi hər gün işdən çıxarılmaqla bağlı hədə-qorxuya məruz qalırlar. Sahibkarlar və müdirlər hər cür şəraitdən öz mənafelərinə uyğun istifadə etməkdə qətiyyətlidirlər. Lakin bizlərdə bu gedişatın qarşısını almaqda qətiyyətli olduğumuz üçün, cənab İlham Əliyevə dəstək olmaq, bu kimi adamların özbaşınalığının qarşısını almaq məqsədi ilə bu məsələnində ictimayiləşməsini istəyirik.
Adının çəkilməsinin istəməyən mənbəmiz onuda qeyd edir ki, 140 nəfər işçidən bu gün 29-zu qalıb və işini itirməmək üçün etiraz edən işçilərə "Astara Azdyutee Free shops LTD MMC"nin rəhbəri Həmidulla Məmmədov adlı "Aqa" ləqəbli şəxs işdən çıxartdığı işçilərə deyir ki, gedin kimə şikayət edirsiniz edin siz bilirsiniz bura Kamalədin Heydərovundur.
Qarşı tərəfi dinləməyə hazırıq

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26