Interposta.Info

Rövşanə Ağasəfqızı işdən çıxarıldı

Maqazin
 18-08-2020, 15:22     1 732

ARB telekanalı tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı ilə yollarını ayırıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Nyus24.az-a o özü məlumat verib.

Aparıcı bildirib ki, heç bir səbəb göstərmədən televiziya rəybərliyi onun müqaviləsinə xitam verib:

“Pandemiya dövründə müqaviləyə xitam verilməsi nə dərəcədə doğrudur? Bu qanunla necə tənzimlənir, onu bilmirəm. Hətta bu pandemiya dönəmində işçilərin işdən çıxarılmaması ilə bağlı dövlət başçısının da tövsiyəsi var. Lakin bildiyim tək şey odur ki, müqaviləyə xitam verilib. Konkret heç bir səbəb yoxdur. ARB-dən ayrılan tək mən deyiləm, bir neçə aparıcı işdən çıxıb”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26