Interposta.Info

Tanınmış teleaparıcı işdən çıxmağından danışdı

Müxtəlif
 9-08-2017, 15:33     9 338

İşdən çıxmağım barədə nəsə demək istəmirəm. Zatən bu barədə “Speys” özü açıqlama verib. Kamil müəllim deyib ki, mən öz istəyimlə getmişəm. Həqiqətən elədir. Elə bir ciddi problem yoxdur.

Bu sözləri Teleqraf.com-a “Speys” telekanalı ilə əməkdaşlığını dayandıran teleaparıcı Afət Telmanqızı deyib.

Qeyd edək ki, Afət Telmanqızı “Speys” Teleradio Şirkətinin "Hər gün” informasiya departamentinin rəhbər müavini və proqramın aparıcısı vəzifəsində çalışırdı.

Telekanalın rəsmisi və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamil Şahverdiyev onun işdən öz istəyilə ərizə yazıb getdiyini deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26