Millət vəkili evlərinin yanındakı əxlaqsızlıq yuvasından danışdı (VİDEO)
İctimai Televiziyanın "3D” adlı layihəsində aparıcı Dadaş Dadaş oğlu Dadaşlinskinin bu dəfəki qonağı Milli Məclisin deputatı Tahir Kərimli olub.
Deputat verilişdə yaşadıqları binanın yanında əxlaqsızlıq yuvasının tikilməsindən şikayətlənib. O, bildirib ki, bu məsələni həll etməyə çalışsa da, bütün çabaları nəticəsiz qalıb.
"Bu ilin mart ayında Tahir Kərimli yaşadığı binanın bir hissəsində əxlaqsızlıq yuvasının açılmasından şikayətlənib. Hostel açılıb. Bu xəbər təhrif olunub? Əgər məlumat düzdürsə, məsələni həll edə bildiniz?, - deyə aparıcı sual verib.
T.Kərimli isə məsələyə belə aydınlıq gətirib: "Bu məlumat düzdür, təhrif olunmayıb. Məsələni həll edə bilmədim. Əvvəllər paltarı yaxşı olmayan qadın görəndə narahat olurduq. Amma biz nələr gördük? Xaricilər gəlirlər, qonşuluqda, biədəb formada, paltarsız vəziyyətdə kişilər dayanırlar. Ailə üzvlərimiz var. Bizim bina memarlıq binasıdır. Qanunla oranın hansısa hostelə çevrilməsi qadağandır. Təəssüf edirəm ki, müraciət etmədiyim yer qalmadı. Bizim gücümüz çatmadı. Qanundan yüksək olan adam gəldi, orada otel tikdi”./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26