Keçmiş hərbiçi Prezidentə yenidən müraciət etdi - MƏMURLAR LAQEYD YANAŞIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya media üzərindən müraciət ünvanlamağa məcbur qalan keçmiş hərbiçi (MAXE).
Bərdə rayonu, Nizami küçəsi döngə 1, ev 14 ünvanda qeydiyyatda olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon ev 30, mənzil 4 ünvanda kirayə yaşayan İsmayılov İlkin Məmmədrza oğlu tərəfindən "İnterPosta.info"nun whatsapp nömrəsinə şikayət daxil olub.
Keçmiş hərbiçinin şikayətini olduğu kimi təqdim edirik:
Hörmətli Prezident və Hörmətli Birinci Vitse-Prezident!
Mən, bir ildən çoxdur Sizlərə müraciət ünvanlayıram və müraciətlərimin çoxusu İcra Hakimiyyətinə, eləcə də müvafiq aidiyyatı yerlərə yönləndirilir. Bir sözlə Sizin göstərişlərinizə bəzi məmurlar dırnaq arası yanaşaraq laqeyd münasibət göstərirlər. Keçmiş hərbiçi olmuşam, xəstəliyimlə əlaqədar olaraq Silahlı Qüvvələrə ehtiyyata buraxılmışam, 2-ci qrup əliləm. Sumqayıt şəhərində fəhlə işləyirəm. Ailəliyəm, bir övladım var. Ailəmlə birgə Sumqayıt şəhərində kirayə yaşayırıq. Aldığım əmək haqqı ilə və təqaüdlə ailəmi çətinliklə dolandırıram. Bir sözlə həmin pulnan bilmirəm kirayəni ödəyim, banka olan kredit borclarımı ödəyim yoxsa ailəmi dolandırım. Xəstəliyimlə maraqlanmağa belə maddi imkanım olmadığından müayinələrdən keçə bilmirəm. Müayinələrdən keçmək üçün Daxili İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə və Səhiyyə Nazirliyinə müraciətlər ünvanlamağıma baxmayaraq beş aydır adlarını çəkdiklərim qurumlardan heç bir cavab gəlmədi. Banka olan kredit borclarımın ödənilməsində çətinlik çəkdiyimə görə hətta bank pensiya kartımdan həmin məbləği çıxdı, kirayə pulunu və ailəmin maddi ehtiyyaclarını ödəyə bilmədim. Övladım bu il orta məktəbin 2-ci sinifinə qəbul oldu və qarşıdan növbəti dərs ili yaxınlaşdığından övladım üçün məktəbli paltarları almağa belə maddi imkanım yoxdur. Mehriban xanım Əliyevaya iki dəfə bankda olan kredit borcumun bağışlanması üçün müraciət ünvanlasamda, müraciətimin ikisidə həmin banka yönləndirildi və bank borcumun bağışlanmasının qeyri-mümkün olduğunu, kredit borcumun ödəməyimi bildirdi. Mənzillə bağlıda Sizlərə müraciət ünvanlasamda həmin müraciətlərim Sumqayıt şəhər və Bərdə rayon İcra Hakimiyyətinə yönləndirildi. Əfsuslar olsun İcra Hakimiyyətindəndə mənfi cavablar gəldi. Bir sözlə Sizə ünvanladığım müraciətlərimin çoxusuna mənfi cavablar gəlir.
Hörmətli Prezident və Birinci Vitse-Prezident!
Bizim bugünkü gündə Sizin diqqət və qayğınıza ehtiyyacımız var. Bizim Sizdən tək istəyimiz bizim mənzillə təmin olunmağımız və banka olan kredit borclarımın bağışlanmasıdır. Ətraflı yoxlanılaraq bizə köməklik olunması üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm və bizi laqeyd münasibət bəsləyən bəzi məmurlara həvalə etməyin. Şikayətçi ilə əlaqə: 070 322 49 26
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26