Qorxmaz Hüseynov oğlunun bahalı eynəklərini və saatını "müsadirə" edib? - İDDİA
Azərbaycanlı oliqrax məmurun oğlunun 2.5 milyon qiyməti olan saatı İspaniyanın İbiza şəhərində oğurlatması beynəlxalq mediada hələ də tirajlanmaqdadır.
Ölkə ictimaiyyətinin də ciddi müzakirəsinə səbəb olan hadisənin hakimiyyətin ali instansiyası tərəfindən qəzəblə qarşılandığı deyilir.
Beynəlxalq arenada Azərbaycanın imicini ləkələyən bu hadisə ölkənin sosial vəziyyəti aşağı və maddi durumu yaxşı olan vicdanlı vətəndaşlarında da böyük narazılıq yaradıb.
Prezident İlham Əliyevin dəfələrlə rəsmi tədbir və iclaslarda məmurları övladlarına yiyə durmağa, harınlıq etməməyə çağırış etməsinə baxmayaraq, görünür bu söz hələ bəzi məmurlara "çatmayıb".
Ancaq oliqarx məmurun övladının 2.5 milyonluq saatının oğurlanması hadisəsi bəzi məmurları hərəkətə keçirib.
"İnterPosta.info"nun məlumatına görə, qlobal.az-ın əldə etdiyi məlumata görə dövlətdən oğurladıqları milyonlar hesabına xaricdə eyş-işrətlə məşğul olan məmur övladları təcili geriyə-ölkəyə çağırılır. Hətta bəzi məmurlar övladlarının bahalı eynəklərini və qol saatlarını əlindən aldığı deyilir.
Qlobal.az-a verilən məlumata görə övladından bahalı eynək və qol saatı "müsadirə" edən məmurlardan biri də son zamanlar dövlətin 20 milyon manatını mənimsəməkdə ittiham edilən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovdur.
Belə ki, əsasən Türkiyədə dövriyyəsi milyonlarla ölçülən biznes şəbəkəsinin olduğu deyilən ASC sədrinin oğlu Araz Hüseynov eyş-işrətə, bahalı suvenirlərə və əşyalara meylli şəxs kimi xarakterizə olunur.
Məlumata görə Araz Hüseynovun istifadə etdiyi gün eynəyinin və saatın dəyəri yüz minlərlə evro dəyərində ölçülür.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26