Interposta.Info

Azərbaycanlı oliqarx oğlunun dəbdəbəli həyatı

Müxtəlif
 16-02-2018, 18:32     10 791

Allahverdi Axundov bahalı maşınları və dəbdəbəli hayatı ilə sosial şəbəkədə tez- tez gündəmə gəlir.

interposta.info
minval.info-ya istinadən xəbər verir ki, o, "Hollywood Şadlıq Sarayı” və "Şərur” MTK-nın sədri "Şərurlu İsfəndiyar”kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğludur.

Bahalı avtomobilləri ilə dəfələrlə gündəmə gələn oliqarx oğlunu bu dəfə də bahalı maşınlar və zəngin həyat tərzi ilə yenidən sosial şəbəkə fenomeninə çevrilib.

10 LN 200 dövlət nişanlı avtomobilləri ilə fotolar çəkdirən oliqarx oğlu, bunu paylaşmaqdan da çəkinmir. Naxçıvanlı oliqarxın oğlu və qardaşı uşaqları öz instagram səhifələrində "200” seriyalı avtomobillərini böyük maraqla nümayiş etdirirlər.

Avtomobil kolleksiyası arasında qiyməti 650 min dolardan baha olan "Lamborghini Aventador”, 350 min dollar dəyəri olan "Ferrari 458 Speciale”, "Mercedes”, "Maseratti”, "Audi” kimi bir çox markaların lüks modelləri yer alır.

İnstagram səhifələrində Axundovlar ailəsinin üzvləri bahalı avtomobilləri ilə yanaşı lüks həyat tərzlərini də nümayiş etdirirlər.

Həmin fotoları təqdim edirik:

Azərbaycanlı oliqarx oğlunun dəbdəbəli həyatı
Azərbaycanlı oliqarx oğlunun dəbdəbəli həyatı
Azərbaycanlı oliqarx oğlunun dəbdəbəli həyatıAzərbaycanlı oliqarx oğlunun dəbdəbəli həyatıAzərbaycanlı oliqarx oğlunun dəbdəbəli həyatı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26