Interposta.Info

Hərbçilərin qar uçqununa düşməsi faktına görə cinayət işi başlandı

Paradoks
 14-05-2019, 13:29     10 465

Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusunun martın 7-də qar uçqununa düşməsi faktı üzrə cinayət işi başlanıb.

İnterPosta.info
Trend-ə istinadən məlumatına görə, fakta görə Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və döyüş şəraitində törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Hələlik fakta görə saxlanılan yoxdur.

Xatırladaq ki, bu il martın 7-də Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşərək həlak olublar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26