Interposta.Info

Müdafiə Nazirliyindən qar uçqununa düşən hərbçilərimizlə bağlı açıqlama

Ölkə
 8-03-2019, 13:02     10 348

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Unikal.org-a deyib ki, hələlik axtarışlar bir nəticə verməyib:

"Əlavə nəsə deyə bilmərəm. Dünən verdiyimiz açıqlama kimi, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26