Interposta.Info

Prezident Administrasiyası və RİH saytı Ağcabədi şefini ifşa etdi – müdhiş dosye

Paradoks
 16-02-2018, 12:31     10 580

Ağcabədi rayonu problemlər girdabında boğulur.

İcra başçısı Şahin Məmmədov əlini ağdan qaraya vurmayıb.


Onun rəhbərliyi dövründə Ağcabədi rayonu inkişafdan geri qalıb ki, bu yuxarıları da narazı salıb.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı yazdığı məqalədə təkrar müraciətlər olan rayonlar arasında Ağcabədinin də adını çəkib.

Rayonun bütün qəsəbə və kəndlərinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidənqurulmasına ehtiyac var.

Rayonda 16 yeni məktəb binasının tikintisi, səhiyyə ocaqlarının inşası, 4 məktəbin əsaslı təmiri və uşaq bağçalarında yenidən qurulmasına və əsaslı təmir işlərinin aparılmasına ehtiyac var.

Rayonun bütün mərkəzi və məhəllədaxili yollarının asfaltanması, mərkəzi küçələrinin yenidənqurulması, abadlıq işlərinin intensivləşdirilməsi lazımdır.

Yeni istirahət parklarının salınması, əhalinin sossial problemlərinin həlli isdiqamətində təxirə salınmaz tədbirlərin həyata keçirilməsi labüddür.

Hətta bu problemlər Ağcabədi RİH-nin rəsmi saytında da qeyd olunub. https://agcabedi-ih.gov.az/page/26.html

Lakin özünü ifşa edən və PA tərəfindən də narazılıq dilə gətirilməsinə baxmayaraq, Ş.Məmmədov heç bir iş görmür.

Yuxarıda sadalanan problemlər həllini tapmayıbsa, adicə məhəllə və mərkəzi küçələrin asfalta ehtiyacı varsa, bu illər ərzində Ağcabədi icra başçısı hansı işləri həyata keçirib?

Bununla bağlı rayondan verilən məlumatda deyilir ki, Ağcabədi rayonunda məmur özbaşınalıqları və qanunsuzluqlar haqda dəfələrlə yazmışıq.

Həmin məlumatlarda da gün kimi aydın görünür ki, bəli, adı çəkilən rayonda vəzifəyə irəli çəkilmək elə də müşkil məsələ deyil. Bu rayonun idarəçilik sistemində yalnız bir amil rol oynayır, o da puldur.

Necə ki, icra başçısı Şahin Məmmədov başçılıq etdiyi Ağcabədi rayonunda «ver gülüm, al gülüm» prinsipi ilə özünə xüsusi idarəçilik sistemi qurub.

Elə bundan irəli gələrək də hər şey açıq şəkildə həyata keçirir. Deməli bu rayonda pulu olan və özünə vəzifə arzulayan hər kəs icra başçısının qapısını ürəklə döyə bilər.

Şahin Məmmədovun apardığı «kadr siyasəti» ı yalnız və yalnız öz yaxın qohum əqrəbalarını irəli çəkərək onlara yüksək vəzifə verməkdən ibarətdir.

İcra başçısının rayonda əsas strateji vəzifələrə təyin etdiyi «kadrları»nın əksəriyyəti bərdəli qohumlarıdır.

İcra başçısının rayonda düzgün kadr siyasəti aparmaması və rayonda ayrı seçkilik yaratması bir sıra ziyalılar və ağsaqqallar arasında da narazılıq yaradıb.

Haqlıdılar, Ağcabədi rayonunda kifayət qədər ziyalı və idarəçilik bacarığı olan şəxslərin olduğu halda icra başçısı bütün sahələrə öz yaxınlarını və qohum əqrabalarını təyin etməsi və etdirməsi heç cür təcüb doğurmaya bilməz.

Şahin Məmmədov vəzifəsindən istifadə edərək Ağcabədidə, Bərdədə və Gəncədə pay torpaqlarında böyük evlər tikdirmişdir.

Onun eyni zamanda Daşkəsəndə Xoşbulaq yaylağında bir villası, Bakı şəhərində isə sayı məlum olmayan villa, ev və obyektləri var. O, xarici ölkələrdə Batumidə, Dubayda, Almaniyada villalar alıb.

Bütün bunlar üçün külli miqdarda vəsait xərclənib ki, Şahin Məmmədovun halal qazancı buna yetməz. Elə bunun özündə korrupsiya faktları görünür.

Şahin Məmmədov Ağcabədi şəhərində yol kənarına arx çəkdirərək bildirir ki, guya kanalizasiya çəkdirib.

Həmin arxlara uşaqlar düşür zədələnir, maşınlar düşür əzilir. Həmin dırnaqarası kanalizasiya da ayrı-ayrı idarə və təşkilatlara çəkdirilir.

Dövlətdən ayrılan külli miqdarda vəsait isə Şahin Məmmədovun şəxsi vəsaitinə çevrilir.

Mətbuatda gedən yazılara görə, Şahin Məmmədov heç bir iş görməmiş və bütün İdarə və Müəssisələrin hesabında olan vəsaiti mənimsəyib.(fia)

Qarşı tərəfi dinləməyə hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26