Interposta.Info

Nazir müşavirinin milyonluq sərvəti – Çexiyada hotel, villalar, lyuks maşınlar…

Paradoks
 14-11-2017, 12:33     9 117

Vergi Nazirliyində Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri Habil Məmmədovla bağlı redaksiyaya daha maraqlı məlumatlar daxil olub.

interposta.info Unikal.org - a istinadən bildirir ki, nazir müşavirinin həm ölkə daxilində, həm xaricdə biznes qurumları, obyektləri və lyuks avtomobillər kolleksiyası var. Belə ki, onun Novxanıda, Bilgəhdə,Şüvəlanda və şəhərin bir neçə yerində villalarının olduğu, hündürmərtəbəli binaların altında 5-10 min kv metrlə olçülən obyektləri var.

Eyni zamanda, Ə.Rəcəbli küçəsində hotelinin də olduqu bildirilir. Bunlarla yanaşı, Habil Məmmədovun Çexiyada da qiyməti bir neçə milyon dollarla ölçülən hotelə sahib olduğu da söylənilir.

Vergi məmurunun qiyməti 200 min-dən yuxarı olan bir neçə avtomobilinin olduğu bildirilir. Onun avtomobil kolleksiyasında Brabus, Lexud, Mercedes S clas və digər markalar yer alır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26