Interposta.Info

Daha bir tanınmış şəxsin övladının adı yol qəzasında - Arif Qaraşov təsdiq edir ki...

Paradoks
 17-10-2017, 20:32     10 716

Bakıda daha bir vəzifəli şəxsin adı keçən qəza baş verib.
Oktyabrın 17-də saat 11:25 radələrində Bakıda daha bir piyada vurulub. Avtosfer.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil yolu keçən piyadanı vurub. Hadisə piyada keçidinin üstündə baş verib.

Daha bir tanınmış şəxsin övladının adı yol qəzasında - Arif Qaraşov təsdiq edir ki...


Yolu keçməkdə olan 20 yaşlı qız həmin avtomobil tərəfindən yolun əks tərəfində, keçidin üstündə vurulub. Zərbənin təsirindən 10 metr irəli düşən piyada başından ağır xəsarət alıb, hadisə yerində olan vətəndaşların köməyilə sürücü yaralını avtomobilə qoyaraq, xəstəxanaya aparıb.

Şahidlər bildirir ki, 20 nömrəli məktəb tərəfdən yüksək sürətlə gələn "Jeep"in sürücüsü keçiddə yolu keçən piyadaya yol verən avtomobillərin dayandığını gördükdə, avtomaşını dayandıra bilməyib. Qarşıdakı avtomaşınla düzgün ara məsafəsi saxlamayan sürücü toqquşmadan yayınmaq üçün qarşı yola çıxıb. Bu zaman keçiddə olan qızı vurub.

interposta.info xəbər verir ki, Unikal.org-a daxil olan məlumata görə, "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil "MARS - FK LTD" şirkətinə məxsusdur. Bu şirkət nar istehsalı ilə məşğuldur. Şirkətin ümumi sahəsi 407 hektardan ibarət ilk nar bağı 2009-cu ildə Kürdəmir rayonunun Karrar kəndində salınıb.

Şirkətin baş ofisi Bakı şəhər Yasamal rayonunda yerləşdiyindən hadisə elə sözügedən ərazidə baş verib.

Məlum olub ki, avtomobil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğluna məxsusdur. Qəzanı törədən nömrə A. Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Arif Qaraşov "Qafqazinfo” ya açıqlamasında hadisəyə aydınlıq gətirib.

Daha bir tanınmış şəxsin övladının adı yol qəzasında - Arif Qaraşov təsdiq edir ki...



Bildirib ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub: "Hadisə baş verən səhər saatlarında mən oğlumla Azərbaycan-Belarus biznes forumunda iştirak etmişik. Sözügedən seriyalı maşın həmişə sürücüdə olub. Qəza anı müşahidə kameralarında əks olunub. Və hazırda həmin görüntülər hüquq-mühafizə orqanlarındadır. İşlə bağlı Yasamal RPİ-də tədqiqqat aparılır, araşdırma davam edir”.

Qaraşov deyib ki, qəzanı törədən sürücü qanunla cəzasını alacaq: "Xoşbəxtlikdən ölüm hadisəsi baş verməyib. Piyada gənc xanımdır. O, tibbi yardım alıb, evlərindədir. Allaha şükür heç bir problemi yoxdur. Qəzadan heç kəs sığortalanmayıb. Baş verən hadisəyə görə çox təəssüf edirəm. Sürücünün səhvi üzündən bizə məxsus olan avtomobilin belə qəza törətməsi xoş deyil”.

Yada salaq ki, təkcə bu ilin iyun-avqust aylarında məmur övladları və ya onların yaxın qohumları bir neçə belə qəza törədib.

2017-ci iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtobus sürücüsünü döydüyü haqda məlumat yayıldı. Hadisədən bir neçə gün sonra Novruzəli Orucov tutduğu vəzifədən uzaqlaşdırıldı.
Daha bir tanınmış şəxsin övladının adı yol qəzasında - Arif Qaraşov təsdiq edir ki...


Bu hadisə Rüstəm Orucovla bağlı ilk hadisə deyildi. Bir neçə il öncə o, bir piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçdığı iddia olunur. Buna görə 2014-cü ildə 4 il azadlıqdan məhrum edilib. 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Hazırda isə məhkəməsi gedir.

3 avqust 2017-ci il: Bakıda Nərimanov rayonu ərazisində “Geländewagen” kimi tanınan markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin ağır yaralanması ilə nəticələnən ağır qəza baş verib. Rəsmi məlumata görə bu qəzanı törədən Nail Allahverdiyev olub. 22 yaşlı Nail Allahverdiyev isə baş nazirin müavini Əli Həsənovun nəvəsidir.

interposta.info
Daha bir tanınmış şəxsin övladının adı yol qəzasında - Arif Qaraşov təsdiq edir ki...

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26