Interposta.Info

Azərbaycan səhiyyəsində növbəti biyabrçılıq: Həkim rüşvət verməyən xəstəni qovdu - Video fakt

Paradoks
 4-08-2017, 18:30     11 065

Bakıda Nərmianov rayonu ərazisində yerləşən 5 nömrəli xəstəxanada həkim xəstədən qeyri-qanunu pul tələb edib. Analiz üçün xəstəxanın laboratoriyasına gedən vətəndaş analizin nəticəsini aldıqdan sonra həkim ona ödəniş etməli olduğunu deyib.
Xəstə isə ödəniş edəcəyi təqdirdə çek istəyib. Cavabında isə “çek verilmir” ifadəsini alıb. Bundan sonra həkim vətəndaşı otaqdan qovub.

interposta.info
xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Publika.az-a bildirib ki, müvafiq rayon üzrə qeydiyyatda olmayan şəxslər analiz vermək üçün qeydiyyata düşməlidir:

"Bəzən rayonlardan gəlib Bakıda yaşayan əhali qeydiyyata düşmür. Qeydiyyata düşəndən sonra analizdən keçmək pulsuzdur. İstənilən halda Səhiyyə Nazirliyi məsələni araşdıracaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26