Interposta.Info

Binəqədi rayonunda növbəti “yaşıl qətliam”: sakinlər şikayətçidirlər -

Paradoks
 21-07-2017, 21:20     1 181

Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küçəsində yerləşən 91 saylı binanın sakinləri musavat.com-a müraciət edərək, şikayətlərini bildiriblər. Sakinlərin şikayəti binalarının arxa hissəsində yerləşən yaşıllıq zonasının məhv edilməsi ilə bağlıdır.

Şikayət edən Mehdi Mikayıl oğlu Hüseynov və Xıdır Səfər oğlu Əkbərov sakinlər adından bildiriblər ki, onlar dəfələrlə məsələ ilə bağlı rayon icra hakimiyyətinə müraciət ediblər. Lakin bunun, heç bir faydası olmayıb.

Sakinlər həmçinin bildiriblər ki, onlar yaşıllığın məhv edilməsinin durdurulması üçün birgə imza vərəqəsi də hazırlayıb, toplu şəkildə müvafiq qurumlara müraciət ediblər. Problem öz həllini tapmadığı təqdirdə isə məsələni ictimailəşdirmək qərarına gəliblər.

Sakinlər qeyd ediblər ki, yuxarıdakı ünvanda geniş yaşıllıq ərzasisi məhv edilərək, orada obyektlər tikilir: “Müstəqil Azərbaycan yarandıqdan sonra mərhum prezident Heydər Əliyev ölkəmizdə ekologiyanın və yaşıllıqların qorunmasına xüsusi diqqət yetirmişdi. Hazırkı zamanda da bu missiyanı prezident İlham Əliyev davam etdirir. Son illər respublikanın şəhər və rayonlarında yüzlərlə parkların salınması da bunun göstəricisidir. Məlumdur ki, son illər ölkədə 5 milyon 200 minə yaxın ağac əkilib. Ölkə başçısı vurğulayıb ki, ağacların qanunsuz olaraq kəsilməsi yolverilməzdir və buna qarşı ciddi tədbirlər görülməlidir. Ancaq görünür, bütün bunlardan “işbazlar”ın və onları himayə edən məmurların xəbərləri yoxdur. 8-ci mikrorayon İ.Dadaşov küçəsində yerləşən 91 saylı binanın arxasındakı ərazidə sakinlərin illərlə əziyyət çəkərək saldıqları yaşıllıq sahəsi məhv edilir. Təəssüflər olsun ki, bütün bu qanunsuz əməllərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də göz yumularaq, müvafiq sənədləşdirilmə işi aparılıb. Xahiş edirik ki, problemimizi işıqlandırasınız ki, bəlkə bu “yaşıl qətliam”ın sonu gəldi. Burada obyekt tikintisinə havadarlıq edən məmurlarla təkbaşına bacarmırıq. Onlar yenə də öz əməllərindən geri qalmırlar. Ümid edirik ki, bizim bu çağırışlarımız nəticə verəcək”.

Onu da qeyd edək ki, Binəqədi rayonunda bu kimi halların baş verməsi birinci dəfə deyil. Son zamanlar paytaxtın müxtəlif rayonlarında yaşıllıqların məhv edilməsi halları müşahidə olunur. Ağacların məhv edilməsi əsasən axşam saatlarında baş verir. Məhv edilən yaşıllıqların yerində obyektlər, yaşayış binaları ucaldılır.

Binəqədi rayonu isə bu cür özbaşınalıqların ən çox qeydə alındığı rayonlardandır. Lakin bu kimi hallar cəzasız da qalmır. Misal kimi Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşıllığı məhv edən şirkətin aqibətini göstərə bilərik.

Yuxarıdakı problemlə bağlı ilk olaraq Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə qurmağa cəhd etdik. Lakin telefon zənglərimizə cavab verən olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə bu məsələ ilə bağlı aşağıdakıları bildirdilər: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhər sakinləri Həsrət Qocayev və Elçin Hüseynov tərəfindən Binəqədi rayonu, S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki ərazinin hasara alınması və ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 174 m2 torpaq sahəsinin metal lövhələrlə hasara alındığı və hasarlanmış ərazinin daxilində 3 ədəd sərv ağacının yaş köküstə olduğu məlum olub, ağac kəsilməsi və zədələnməsi hallarına rast gəlinməyib. Araşdırma zamanı məlum olub ki, Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki 174 m2 torpaq sahəsi birmərtəbəli qeyri-yaşayış obyektinin tikintisi üçün fiziki şəxs Bağır Abdullayevə verilib. Mövcud vəziyyətlə bağlı qanunamüvafiq qaydada akt tərtib edilib və ağacların qorunub, mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə, rayon Polis İdarəsinə və fiziki şəxs B.Abdullayevə məktub göndərilib”.

interposta.info
Binəqədi rayonunda növbəti “yaşıl qətliam”: sakinlər şikayətçidirlər -
Binəqədi rayonunda növbəti “yaşıl qətliam”: sakinlər şikayətçidirlər -
Binəqədi rayonunda növbəti “yaşıl qətliam”: sakinlər şikayətçidirlər -
Binəqədi rayonunda növbəti “yaşıl qətliam”: sakinlər şikayətçidirlər -
Binəqədi rayonunda növbəti “yaşıl qətliam”: sakinlər şikayətçidirlər -
Binəqədi rayonunda növbəti “yaşıl qətliam”: sakinlər şikayətçidirlər -
Binəqədi rayonunda növbəti “yaşıl qətliam”: sakinlər şikayətçidirlər -
Binəqədi rayonunda növbəti “yaşıl qətliam”: sakinlər şikayətçidirlər -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26