Interposta.Info

Həyəcan təbili:Bakıda narkotik maddələr açıq satışda - Aslan İsmayilovdan VİDEO XÜLASƏ

Paradoks
 8-06-2017, 14:39     2 564

Bakı apteklərində narkotik tərkibli dərmanlar heç bir resept tələb olunmadan, açıq şəkildə satılır.

"Qaynarinfo" xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov bu barədə "Facebook" səhifəsində video paylaşaraq məsələni ictimailəşdirib. Və apteklərin birində resepstsiz narkotik tərkibli dərman aldığını nümayiş etdirib.

O, narkotik tərkibli dərmanların adını açıqlayaraq bunların heroindən daha çox asılılıq yaratdığını qeyd edib.

Hüquqşünas bununla bağlı baş prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usuboya müraciət edərək məsələ ilə bağlı lazımı tədbirlərin görülməsini istəyib.

interposta.info sözügedən videonu təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26