Interposta.Info

Azərbaycanda məmur yaşlı kişini təhqir edib, videoya çəkdi

Paradoks
 10-04-2017, 13:47     766

Saatlıda məmurun, qəbuluna gələn yaşlı şəxslə qeyri-etik rəftarını əks etdirən videogörüntülər yayılıb.

interposta.info BakiPost.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun kabinetində çəkildiyi bildirilir. Məlumata görə, Saatlı rayon sakini, 2 aydır, müavinətini ala bilməyən Allahyarov Elşən Mehdiqulu oğlu Bayram Mikayılovun qəbuluna gəlib və ondan kömək istəyib.


Görüntülərdə, yaşlı vətəndaşın nəvəsinin aylardır ki, mavinətini ala bilmədiyindən şikayət etməsi əks olunub. O, yaxşı eşitmədiyindən səsini yüksəldərək danışdığını bildirir. Lakin B. Mikayılov onun üstünə qışqıraraq "Lotuluq edirsən? Kar var burda? "Zatknis”” deyərək təhqir edir.

Yaşlı kişi aclıqdan başının gicəlləndiyini deyəndə isə direktor ona "o dünyada sənə "qaib” qoyurlar ey” deyir.

interposta.info sözügedən videogörüntüləri təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26