Interposta.Info

Bakıda 41 yaşlı kişi girov götürülüb

Ölkə
 31-05-2019, 12:16     10 496

Bakıda 41 yaşlı kişi girov götürülüb.

Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Səbirə İsrafil qızı Bəxtiyarova Nizami rayon Polis İdarəsinı ərizə ilə müraciət edərək oğlu, 1978-ci il təvəllüdlü Yasin Bəxtiyarovun mayın 28-də paytaxtın M.Şərifli küçəsindən qaçırıldığını bildirib. O, şikayət ərizəsində qeyd edib ki, oğlunu 3 naməlum şəxs silahla hədələyərək avtomobilə mindirərək naməlum istiqamətdə aparıblar. Həmin şəxslər ondan övladını azad etmək üçün 10 min manat pul tələb ediblər. Qadın tələb olunan pulun 8 min manatını verib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb./ona

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26