Interposta.Info

Alı Alıyev vətəndaşın öz torpaqını özünə vermir-Şikayət-Video/Foto

Paradoks
 18-03-2017, 17:20     977

Füzuli rayonunda yarıtmaz idarəçilik səbəbindən problemlər kifayət qədərdir.Bizim əməkdaşlar Füzulidə olduqları zamanı Alı Alıyevin qəbul günü idi.Amma əfsuslar olsun ki,qəbula gələn vətəndaşlar ya qəbula düşə bilmir yada qəbula düşəndə kor peşman qayıdırdı.

Tərəfdar.az -Onuda qeyd edək ki,son illər Prezident Admnistrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları yerli məmurlardan biri də Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevdir. Füzuli rayonunun rəhbərinin özbaşınalığı, qanunları saya salmaması, habelə total korrupsiyaya yol verdiyini əhatə edən bu şikayətlərin ümumi sayının yüzlərlə olduğu bildirilir.

Daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, rayonda sahibkarların və vətəndaşların sıxışdırılması, onlardan qanunsuz ödəmələrin tələb olunması artıq ənənə halını alıb. Prezident İlham Əliyevin bu kimi neqativ hallara qarşı barışmaz olacağını və bu vədində nə qədər ciddi olduğunu atdığı addımları ilə sübut etməsinə baxmayaraq Füzulinin icra başçısı əməllərindən qalmır.Ötən sayımızda Füzuli rayon Böyük Bəhmənli kəndində şəhid abidəsinə qarşı hörmətsizliyi,kəndin hər tərəfi zibilin içində olduğunu sizə təqdim etmişdik.Füzuli rayon Böyük Bəhmənli kənd sakini İsayev Emin Famil oğlu əməkdaşlarımıza yaxınlaşaraq dərdini danışdı.Şikayetçi bildirdi ki,1998-ci ildən sənədlə adına olan 21 sot torpağı onun özünə vermirlər.Dəfələrlə Alı müəllimin qəbulunda olsamda məni aldadırlar get gələ salırlar.Birazda etirazımızı bildirən ki,hədə qorxu gəlirlər.Mənim gəlir yerim yoxdur torpağımı versinlər heç olmuya buğda əkib öz ailəmi çörəklə təmin edim.Həmin Şikayətçilər və sakinlərin danışığından bəlli oldu ki, rayonda Alı Alıyevin etimad göstərərək yüksək vəzifələrə təyin etdiyi məmurlar üçün dövlətçilik maraqları anlayışı ümumiyyətlə yoxdur.Onlar yalnız öz maraqları üçün yaşayırlar.Sakinlər onuda qeydetdi ki,Alı Alıyevi Böyük Bəhmənlinin sakinlərinin problemlərindən çox kənddə yerləşən fotoda gördüyünüz bu aptek və onun sahibəsi maraqlandırır.


Bir sözlə Alı Alıyevdən və yerli məmurların daha çox özbaşınalıqla məşğul olması səbəbindən onlar haqqında vətəndaşın şikayetinin videomaterialını təqdim edirik.

interposta.info
Alı Alıyev vətəndaşın öz torpaqını özünə vermir-Şikayət-Video/Foto
Alı Alıyev vətəndaşın öz torpaqını özünə vermir-Şikayət-Video/Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26