Interposta.Info

İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu – Göyçayda olay

Ölkə
 25-07-2019, 12:56     10 390

Göyçay rayonunun bir qrup sakini şəhərdəki natəmizliklərlə bağlı şikayət ediblər.

Bu haqda "Yeni Sabah”a müraciət edən bir qrup sakin bildirib ki, son illər Göyçayda baş alıb gedən məmur özbaşınalığı, cəzasızlıq o həddə gəlib çatıb ki, rayon sakinləri cana yığılıblar.

"Hazırda Göyçay rayon icra başçısı Mehdi Səlimzadə ilə komxoz müdiri Loğman Əliyev arasında gedən intiriqaya görə rayon zibilliyə qərq olub.

Belə ki, ənənəvi olaraq hər həftənin çərşənbə axşamı (2-ci gün) rayon icra hakimiyyətinin başçısının vətəndaşlarla qəbul günü keçirilir. Bu qəbula da vətəndaşların şikayətlərini yerində həll etmək məqsədi ilə (o da həll edilsə, quru və boş vədlər verilir) rayonda fəaliyyət göstərən idarə-təşkilat rəhbərləri dəvət olunur.

Belə qəbullardan biri də 23 iyun 2019-cu il tarixdə keçirilib və kamxozun müdiri Loğman Əliyev qəbula dəvət edilib. Elə qəbuldaca icra başçısı Mehdi Səlimzadə Loğman Əliyevin işdən azad olunması barədə sərəncam imzalayıb.

İcra başçısının sərəncamını saya saymayan Loğman Əliyev idarəni təhvil verməkdən imtina edib və rayonun icra başçısı Mehdi Səlimzadəni ondan rüşvət tələb etməkdə kəskin ittiham edib. Hətta Loğman Əliyevlə icra başçısı arasında ağır ifadələrlə müşayət olunan mübahisə baş verdi.

Nəhayət 24 iyul 2019-cu il tarixdə səhər saatlarında Loğman Əliyevdən idarəni təhvil almaq mümkün olub. İcra başçısı polisin gücü ilə Loğman Əliyevi idarədən çıxarıb möhürü onun əlindən zorla ala bilib”.

Sakinlər deyir ki, bu vəziyyətin yaranmasına səbəb icra başçısının yanlış kadır siyasətidir. "Belə ki, hələ Mehdi Səlimzadə Göyçay rayonuna icra hakimiyyətinin başçısı təyin edildiyi ilk illərdə Loğman Əliyevə qanunsuz və hüdudsuz səlahiyyətlər vermişdi. Yəni, Loğman Əliyev rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin işinə nəzarət etmək, onların işini istiqamətləndirmək, hətta rəhbər kadırlarla təhqiramiz və kobud rəftar etmək səlahiyyətinə malik idi.

Hətta Loğman Əliyev idarə rəhbərlərinin bəzilərini kabinetindəcə gedib döyürdü. Bunlardan biri Göyçay şəhərinin meri Rəşad Şükürovdur ki, Loğman Əliyev onu bir neçə dəfə şillə yumruqla vurmuşdu.

Məişət tullantılarlnln yığılması, daşınması və zərsizləşdirilməsi haqqında Tarif Şurasının 2011-ci il tarixli qərarı ilə fiziki şəxslərdən hər ay üçün adam başına 30 qəpik olduğu halda Loğman Əliyev hər evdən aylıq 3 manat pul yığırdı. Bu isə ayda 30.000 manatdan çox pul edir. Buna əhali tərəfindən dəfələrlə etiraz olsa da "əcəb edirəm” deyib, həmin küçənin və ya binanın zibilini həftələrlə təmizlətdirmirdi. Həmin yığılan pulların çox hissəsi icra başçısının cibinə axır”.

Sakinlər deyir ki, hazırda rayonda o qədər problemlər yığılıb qalıb ki, yazmaqla qurtarmaz. Sakinlər məsələ ilə bağlı ölkə rəhbərliyinə də müraciət ediblər.

İnterPosta.info

İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu – Göyçayda olay
İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu – Göyçayda olay
İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu – Göyçayda olay
İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu – Göyçayda olay
İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu – Göyçayda olay

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26