Interposta.Info

.

Paradoks / Ölkə
 31-01-2017, 21:19     1 552

.


Son bir ildə saytımıza Ağcabədi rayon işıq idarəsi ilə bağlı çoxsaylı şikayətlər daxil olub.
Şikayətçilər bildirirlər ki, verilən elektirik enerjisinin çox zəifdir. Ağcabədi işıq idarəsinə verilmiş Laçın qış obalarında yaşayanların dediklərini bir daha interposta.info-ın əməkdaşları hal-hazırda qonaq olduqları məcburi köçkünün evində canlı şahidi oldular.

Belə ki, hər gün ən azı 7-8 dəfə elektirik enerjisi söndürülüb yandırılması və hər dəfə elektirik enerjisi söndürüldükdən sonra gündüzlər ən azı 40-45 dəqiqə, gecə isə 1-2 saat müddətinə söndürülür. Laçın qış obalarında yaşayanlar bildirirlər ki, Ağcabədi rayon işıq idarəsinin işçiləri bizə hər gün göstərdiyimiz faktlar üzrə romantik olmayan gecələr yaşadırlar. Hər gün baş verən bu vərdiş ümid edirdik ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin dünən məmurlara etdiyi xəbərdarlıqdan sonra davam etməyəcək. Amma buna baxmayaraq Ağcabədi rayon işıq idarəsi bu vərdişini tərgitmir. Ağcabədidə işıq yandığı halda Laçın rayon qış yataqlarında işıq yanmır.

interposta.info mövzuya uyğun fotoları təqdim edir.


.
.
.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26