Eldar Mahmudovun
Rabitə və İnformasiya Texnologiyalar naziri Əli Abbasovun gözlənilmədən MTN şefi Eldar Mahmudovdan qorxduğuna görə vəzifədən uşaqlaşdırılması bütün rəsmi strukturlarda şok effekt yaratmışdı. Amma Əli Abbasovun aşkar şəkildə “qorxdum” deməsi o zaman əksər nazirlərin heç də ürəyincə deyildi.
Çünki, Mahmudov – Çovdarov klanından qorxan tək Əli Abbasov deyildi. Bir neçə məmur məhz Əli Abbasov kimi Mahmudov cetesinin nəzarəti altına hansısa əməllərinə görə, məhz qorxduqları (?)üçün düşmüşdülər. Bu səbəbdən də bu günə kimi ağızlarını açıb Mahmudovun adını çəkə bilmirlər.
Əslində Eldar Mahmudov olayına görə, nazirlər öz həmkarlarını qınamalı, onun bu addımlarını pisləməli idilər. Təəsüflər ki, bunun şahidi olmadıq. Sadəcə alovun içinə düşüb yanan tək Əli Abbasov oldu. Əksəriyyət canını bu alovdan hələlik qurtara bildi.
Xatırlayırsınızsa, Beynəıxalq Bankın həbsdə olan rəhbəri “maliyyə kralı” kimi tanınan Cahangir Hacıyev məhkəmədə yalnız Maliyyə naziri Samir Şərifovun adını çəkirdi. Hətta açıq şəkildə bildirirdi ki, “Samir Şərifov indi mənimlə burda, müttəhimlər kürsüsündı oturmalıdır”. Qəribədir, niyə Elman Rüstəmov deyil, məhz Samir Şərifov? Cahangir Hacıyev hansı məlumatlara sahib idi ki, Şərifovun adını çəkirdi? Yaxud onun Maliyyə naziri ilə hansı ədavəti, alıb-vermədiyi nəyi var idi?
İlk əvvəl susan, daha doğrusu cavab tapa bilməyən Samir Şərifov sonda “boş verin” deməklə mətləbdən qismən yayına bildi. Elə illərdir boş verinlərlə dövlətin pulunu saga-sola fırlatdılar ki, indi Azərbaycanın istər maliyyə sektoru, istərsə də bank sektoru çökür.
Nəhayət məhkəmə bitdi, Samir Şərofov da bir qədər rahatlaşdı. Amma bu “çete” Şərifova dəyən böyük zərbələrdən bir ilki və daha böyüyü oldu. Hansı ki, o günə kimi mətbuat səhifələrində ozünü “Vitse Prezident” etdirən, bu arzularla yaşayan Samir Şərifov üçün oyun bitmiş hesab olundu.
Əslində, görünən budur ki, Şərifov üçün vəzifədən uzaqlaşmaq, həbs olunmaq və daha pis qorxular bitməyib. Bu zatən bir gün, bəlkə sabah, bəlkə də 1 aydan sonra baş verəcək. Əsas odur ki, indi Samir Şərifov daha toxunulmaz məmurlar sırasında yer alımır, həyəcanlı günlər, saaatlar, dəqiqələr yaşayır. Limitini xərcləmiş nazirlərdən biri statusunu özündə saxlayır.
Bu günlərdə Bizimxeber.az-a Eldar Mahmudovun oyunlarının müəyyən nöqtəsində Şərifov komandasının dayandığı ilə bağlı məlumat daxil olub. Bu komandanın kapitanı Samir Şərifov, oyuncuları isə əksər rayonların maliyyə idarələrinin rəhbərləridir. Hələlik adları açıqlanmayan rayon maliyyə idarələrinin rəhbərləri şəxsən Çovdarovun nəzarəti altında və dəstəyi ilə fəaliyyət göstəriblər ki, bundan təbii ki, maliyyə nazirnin xəbəri olub.
Eldar Mahmudovun nəzarətindəki qurumlara, icra hakimiyyətlərinə lazım oldu-olmadı dotasiya ayrılıb və nazirliyin nəzarəti altında silinib. Pullar isə təbii ki, Mahmudovun cibinə gedib.
Bir anlıq diqqət edin.
Son 1o ildə heç kim dövlətin əsas maliyyə strukturu olan maliyyə idarələrində yoxlama aparmayıb. 10 il dövlət büdcəsinin hara xərcləndiyi bəlli olmayıb, yoxlanmayıb, kor-koranə havaya sovrulub.
Ən qəribəsi odur ki, Maliyyə Nazirliyi Eldar Mahmudovun nəzarətindəki MTN-ə ayrılan vəsaitin hara xərcləndiyi yoxlamayib? Nədən? Samir Şərifov da Eldar Mahmudovdan qorxub? Qorxubsa Eldar Mahmudovun əlindəki qorxuducu silah nə olub? Şəkilmi, videomu yoxsa, daha ciddi siyasi faktlar? Bəlkə də heç nə, sadəcə qorxub. Bəlkə də daha böyük və ciddi fakt…
Bizimxeber.az-a daxil olan daha bir məlumata görə, Samir Şərifov vəzifəsini itirmək üçün hazırdır, təki həbsdən qurtulsun.
İndi o vitse prezident olmaq arzusu ilə deyil, həbsdən qurtulmaq arzusu ilə yaşayır, yalnız özünü qorumağa start verib. (?)
Yaranmış gərgin vəziyyətdən qurtulmaq, qismən öz mövqeyinə dönmək üçün illərdir qazandıqlarını xərcləyir. Ətrafındakılar da bu işə fəal qoşulublar. Amma unudurlar ki, olan olub, keçən keçib. Samir Şərifov üçün böyük arzular dönəmini Cahangir Hacıyev elə məhkəmədə bitirdi.
Dəqiqləşməyən məlumata görə, Samir Şərifov bu yaxınlarda istefa ərizəsini yazmağa hazır olduğunu bildirib. Amma ona belə bir addım atmasına icazə verilməyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26