Interposta.Info

Partiyadan tələb:

Paradoks
 4-01-2017, 20:03     2 968

Partiyadan tələb:

"Utopik gözləntidir. Hakimiyyət dəyişikliyi olmayınca belə bir şey mümkün deyil. Ən azından gözümüzü açandan eyni postda əyləşmiş ömürlük nazirlər, məmurlar “pensiyaya” çıxmalıdırlar. Ən azından müxalifət mütləq hakimiyyəydə təmsil olunmalıdır. Biz AXCP olaraq buna hazırıq və gözləyirik".

interposta.info bildirir ki, Cebhe.info-nun "2017-ci ili siyasi məhbuslarsız başa vura biləcəyik?" sualına cavab verən AXCP-nin sözçüsü Vüsal Qarayev belə deyib.

V.Qarayev qeyd edib ki, hökumətə yeni, müasir, intellektual beyinlər lazımdır:

Partiyadan tələb:


"Ağzının danışığını bilməyənlər ölkəni idarə etməməlidir. Xalqın taptanan sosial, siyasi hüquqları bərpa olunmalıdır. Məsələn, milli sərvətləri talayanların xəzinələri, var-dövlətləri əllərindən alınıb xalqın özünə qaytarılmalıdır. Bu mümkün olsa, bəlkə qismən demokratik ədalət bərpa oluna bilər.

Siyasi məhbuslar məsələsinə gəlincə isə, bəli, bu vacibdir. Amma inanmıram hökumət buna gedə. Getsə belə həmin insanlar müəyyən şərtlərlə azadlığa buraxılacaq ki, bu da demokratiya demək deyil, tam əksinə, demokratiya adı altında düşünən beyinlərin qandallannmasıdır, haqqı deyən insanların susdurulmasıdır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26