Interposta.Info

İsmayıllıda ağır qəza: Qadın həyatını itirdi

Ölkə
 Dünən, 18:04     199

İsmayıllıda ağır qəza: Qadın həyatını itirdi
Gunxeber.Az məlumat verir ki, İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Hadisə rayonun Uştal kəndi ərazisində qeydə alınıb. Belə ki, dövlət qeydiyyat nişanı 99-HX-467 olan, sahibi hələlik məlum olmayan "Ford" markalı minik avtomobili ilə 1969-cu il təvəllüdlü Elnur Hüseyn oğlu Nağıyevə məxsus 25-BB-885 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobil toqquşub.
Qəza nəticəsində VAZ-2106 markalı avtomobildə olan sərnişin Salmanova Yeganə Hüseyn qızı hadisə yerində həyatını itirib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasedicilər xüsusi avadanlıqlardan istifadə edərək meyiti avtomobildə sıxılmış vəziyyətdən çıxarıblar. Daha sonra meyit aidiyyəti üzrə təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.
Qəza ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Goldmedia.az


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26