Interposta.Info

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı (FOTO)

Ölkə
 9-06-2026, 11:43     44



Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb.

Bu barədə Goldmedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində "Mercedes Galendewagen” və "Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Araşdırmalarla "Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Goldmedia.az


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26