Interposta.Info

Gələn həftə 5 gün iş olmayacaq

Ölkə
 19-05-2026, 14:41     309

Gələn həftə Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq.
Goldmedia.az xəbər verir ki, 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən gələn həftə 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür.
Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşdüyündən, Əmək Məcəlləsinə əsasən, mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu - 30, 31 may tarixləri qeyri-iş günüdür.
İyunun 1-i Azərbaycanda növbəti iş günü olacaq.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26