Interposta.Info

Botanika İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Ölkə
 25-02-2026, 15:21     43 341

Botanika İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AR ETN Botanika İnstitutunda Xocalı faciəsinin 34-cü ildönümü ilə
əlaqədar tədbir keçirilib.
Öncə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
 İnstitutun direktor vəzifəsini icra edən, professor Səyyarə
İbadullayeva tədbiri açaraq, Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza
qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğunu diqqətə
çatdırıb. Qeyd edib ki, Xocalıda törədilən soyqırım təkcə Azərbaycan xalqına qarşı
deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Xocalı soyqırımının
xalqımızın qan yaddaşının ən dəhşətli və unudulmaz səhifələrindən biri olduğunu
qeyd edən alim, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı
məlumatlandırılmasının vacibliyini vurğulayıb. 44 günlük Vətən müharibəsində
ordumuzun qazandığı şanlı zəfərdən və dövlət rəhbərliyinin uzaqgörən
siyasətindən danışaraq, erməni vandalizmi qurbanlarının qisasının alındığını
söyləyib.
Hazırda sapı özümüzdən olan anti-milli baltalar Cənab Prezident İlham
Əliyevi fərd olaraq yox, zəfər və sülh reallığının memarı və qarantı kimi hədəfə
alıblar. Ona görə Azərbaycan xalqı bu prosseslərdə ayıq-sayıq dayanmalı,
prezidentimizə uzanan dil və əl elə bu xalq tərəfindən kəsilməlidir.
Tədbirdə Qadınlar Şurasının sədri, dosent Aygün Məmmədova, Bioloji
Ehtiyatlar və Fərdi Maddələrin alınması Texnologiyası Laboratoriyasının müdiri,
dosent Hilal İmanlı və Gənc Alim və Mütəxəssislər şurasının sədri, biologiya üzrə
fəlsəfə doktoru Şəbnəm İsayeva Xocalı soyqırımı ilə bağlı təəssüratlarını
bölüşüblər.
Tədbirdə soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda Botanika İnstitutunun əməkdaşları Xocalı Soyqırımı abidəsini ziyarət
ediblər.

GoldMedia.Az









Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26