Interposta.Info

ASAP xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirib

Ölkə
 21-01-2026, 10:12     47 113

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar
Platforması (ASAP) tərəfindən xarici ölkələrdə - Türkiyə, Fransa, İtaliya və Avstriyada 20
Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Türkiyənin Yalova şəhərində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi,
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və Yalova Universitetinin Türk Dünyası
Klubu ilə əməkdaşlıq çərçivəsində 20 Yanvar faciəsinə həsr olunmuş panel müzakirəsi və
foto-sərgi keçirilib. Tədbir zamanı Türkiyədə təhsil alan azərbaycanlı gənclərlə 1990-cı ilin
yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı
uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliklər və dəhşətli
cinayətlərdən bəhs olunub. Yanvar hadisələrinin Azərbaycanın milli kimliyini
formalaşdırdığı, qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli
azadlıq hərəkatının zirvəsi kimi həkk olunduğundan danışılıb. O cümlədən, vurğulanıb ki,
hadisədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev həyatını təhlükəyə ataraq açıq
şəkildə sovet rəhbərliyini günahlandırdı, Azərbaycan xalqına qarşı həyata keçirilən terroru
ifşa etdi. Bu qətiyyətli addım, eyni zamanda, faciəyə verilən ilk siyasi qiymət idi. Daha sonra
isə iştirakçılar Qanlı Yanvar hadisələrinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.
Avstriyanın Vyana şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Avstriya Respublikası və Sloveniya
Respublikasındakı səfiri Rövşən Sadıqbəyli qeyd edib ki, üzərindən neçə il keçsə də törədilən
bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında
başlayan 44 günlük Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan ordusunun 8 noyabr tarixində torpaqlarımızın hərbi işğalına son qoyması ilə başa
çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.
Eləcə də Avstriyada təhsil alan azərbaycanlı gənclərlə faciənin tarixi əhəmiyyəti, beynəlxalq
hüquq kontekstində qiymətləndirilməsi barədə müzakirələr aparılıb.
20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir Fransanın Paris şəhərində keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva 1990-
cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet hərbi birləşmələrinin
Bakıda və Azərbaycanın digər şəhərlərində dinc əhaliyə qarşı törətdiyi hərbi təcavüz və
qətliamdan danışıb. O bildirib ki, Azərbaycan tarixinin faciəvi, eyni zamanda, şərəf və
qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrinin xalqımızın müstəqilliyə nail olmaq əzmini
daha da gücləndirib. Daha sonra Fransada yaşayan azərbaycanlı gənclərlə 20 Yanvar
hadisələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi və tarixi həqiqətlərin təbliği
məsələləri müzakirə olunub.

GoldMedia.Az










Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26