Sabunçudakı partlaşda yaralanan şəxs vəfat etdi
Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində baş verən partlayış zamanı xəsarət alan şəxslərdən biri vəfat edib.
Bu barədə "İnterPosta"ya Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
"Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb", deyə Mərkəzdən bildirilib.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



