"Baksol yolu"nda məişət tullantıları yığılmış ərazidə yanğın başladı
Bakının Binəqədi rayonu, "Baksol yolu"nda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.
Bu barədə "İnterPosta"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



