Interposta.Info

Xızıda prokurorun avtomobili qəzaya düşüb, xəsarət alanlar var

Ölkə
 Bu gün, 12:23     1 353

Xızı rayonu ərazisində "Niva” və "Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"İnterPosta" APA-ya istinadən xəbər verir kİ, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən "Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xərarəti alıb.

"Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir. Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır", məlumatda deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26