Interposta.Info

İlham Əliyev Xaçmaz və Xızıda açılışlar edib

Ölkə
 4-05-2018, 15:24     10 496

Bu gün Xaçmaza səfər edən prezident İlham Əliyev Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib.

Dövlər başçısı daha sonra "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib. "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisə barədə məlumat verib.

İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsib, filialın kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

Prezident Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında da iştirak edib.

"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına "Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verib. Sonra prezident Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Prezident səfər çərçivəsində həmçinin Xaçmaz-Xudat avtomobil yolunun 24 kilometrlik hissəsinin yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı Xaçmazdan sonra Xızı rayonuna səfər edib, "Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimə qatılıb.

Prezident əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonra "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verib. İlham Əliyev Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsini bildirən düyməni basıb.

İlham Əliyev həmçinin başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov əsaslı şəkildə yenidən qurulan yolun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

interposta.info
İlham Əliyev Xaçmaz və Xızıda açılışlar edib
İlham Əliyev Xaçmaz və Xızıda açılışlar edib
İlham Əliyev Xaçmaz və Xızıda açılışlar edib
İlham Əliyev Xaçmaz və Xızıda açılışlar edib
İlham Əliyev Xaçmaz və Xızıda açılışlar edib

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26