Interposta.Info

Millət vəkilləri parlamentdə əlbəyaxa oldu: xəsarət alanlar var (FOTOLAR)

Dünya
 11-05-2019, 15:28     10 316

Hon Konq parlamentində millət vəkilləri arasında dava olub.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, parlament üzvləri arasında ekstradisiya qanununun müzakirəsi zamanı əlbəyaxa olub və bir-birilərinə xəsarət yetiriblər. Parlamentdə gərginlik artandan sonra siyasətçilər söyüş söyərək, stol ataraq davaya başlayıb və mikrafonu əldə etmək uğrunda mübarizə aparıblar.

Sözü gedən qanun layihəsi cinayət şübhəlilərinin mühakimə edilmək üçün Çin, Tayvan və Macau regionuna göndərilməsini nəzərdə tutur. Lakin bəzi millət vəkilləri bu qanunun Hon Konqun müstəqilliyinə xələl gətirəcəyinə və Çindən asılı vəziyyətə salacağına inanır.

Çin və Hon Konq arasında "1 ölkə, 2 sistem" qaydası tətbiq edilir. Region 1997-ci ildə Böyük Britaniya koloniyasından çıxıb və Çinin nəzarətinə keçib. Buna baxmayaraq, Hon Konq Çindən ayrı qanunvericiliyə sahibdir və bu məsələdə müstəqildir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26