Interposta.Info

Bakıda 9 avtomobildən və 7 evdən 40 minlik oğurluq edən şəxslər saxlanıldı

Ölkə
 6-02-2025, 14:57     52 008

Bakıda doqquz avtomobildən və yeddi evdən 40 minlik oğurluq edən şəxslər saxlanılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu və paytaxtın digər ərazilərində doqquz avtomobilin şüşəsini sındıraraq oğurluq etməkdə şübhəli bilinən Əli Cəbrayılov saxlanılıb.

Xəzər RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif ünvanlarda yerləşən yeddi evdən oğurluq edən Kamal Mustafayev, Rüfət Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın saxlanılıb.

Qeyd edək ki, dəstə üzvləri zərər çəkən ev sahiblərinə ümumilikdə 40 min manat maddi ziyan vurublar.

Araşdırmalar aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26