Interposta.Info

Şamaxıda zəlzələ oldu

Ölkə
 20-11-2024, 09:46     21 949


Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan "İnterPosta"ya verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-ə bərabər olub.

Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26