Interposta.Info

Bəhruz Səmədov dövlətə xəyanət ittihamı ilə həbs olundu

 

Ölkə
 23-08-2024, 19:45     52 421

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan gənc politoloq Bəhruz Səmədov cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə "Qafqazinfo" ya onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil deyib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə B.Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26