Interposta.Info

Azərbaycanda

Ölkə
 24-02-2017, 17:01     842

Azərbaycanda

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ölkə ərazisində casusluq fəaliyyəti həyata keçirən və hərbi sirləri oğurlayan iki nəfərin həbsi barədə rəsmi məlumat yayıb. Məlumata əsasən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğlunun casusluq formasında dövlətə xəyanət etmələrinə “əsaslı şübhələr” müəyyən edilib.

Belə ki, xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən yazılı iltizamla məAzərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ölkə ərazisində casusluq fəaliyyəti həyata keçirən və hərbi sirləri oğurlayan iki nəfərin həbsi barədə rəsmi məlumat yayıb. Məlumata əsasən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğlunun casusluq formasında dövlətə xəyanət etmələrinə “əsaslı şübhələr” müəyyən edilib.xfi əməkdaşlığa cəlb edilmiş Elşən Əmiri və Elçin Babayev 2016-cı ilin yanvar ayından etibarən həmin orqan tərəfindən verilən tapşırıqlar əsasında Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının məxfi heyətinə daxil olan əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələri, onların döyüş potensialı, eləcə də strateji əhəmiyyətli dövlət obyektləri barəsində məlumatlar toplamağa başlayıb. Onların fəaliyyəti nəzarətə götürülərək sənədləşdirilib.

2017-cil fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən birgə həyata keçirilmiş tədbirlər nəticəsində Elşən Əmiri və Elçin Babayev casusluq fəaliyyətlərinin nəticəsi olan maddi sübutlarla şübhəli şəxs qismində tutularaq cinayətin qarşısı alınmışdır. Elşən Əmiri və Elçin Babayev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir (Virtualaz.org).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26