Interposta.Info

İtlərdən gizlənmək üçün girdiyi həyətdən 15 minlik antik qazan oğurladı

 

Ölkə
 31-05-2024, 16:07     165 845

Bakıda itlərdən qorunmaq üçün girdiyi həyətdən 15 minlik oğurluq edən şəxsə hökm oxunub.

"İnterPosta" nın məlumatına görə, hadisə Suraxanı rayonu, Əmircan qəbiristanlığı yaxınlığında yerləşən həyət evlərinin birində baş verib.

Belə ki, 11 avqust 1997-ci il təvəllüdlü Ramiz Həsənov (soyad şərti) siqaret almaq üçün evinin yaxınlıqda yerləşən köşklərdən birinə gedib. 8 saylı poliklinikanın yaxınlığında, Əmircan qəbiristanlığı ilə üzbəüz yerləşən oyun meydançasından keçərkən 5-6 it üstünə hücum edib. İtlərin hücumundan qorunmaq üçün yaxınlıqda yerləşən evlərin birinin hasarını aşaraq həyətə daxil olub.

Həyətə düşdüyü hissədə 1 ədəd dəyəri 100 manat olan samovarı və çəkisi 25,5 kiloqram, dəyəri 15 min manat olan antik mis qazanı oğurlayaraq ərazini tərk edib.

Məhkəmənin qərarı ilə Ramiz Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 6 ay azadlıqdan məhrum edilib.

İnterPosta. İnfo

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26