Interposta.Info

Polis bölməsinin həyətindən qaçıb rayona getdi

Ölkə
 14-11-2022, 18:45     287

Bakıda oğurluqda şübhəli bilinən şəxs polis şöbəsindən qaçıb.

"İnterPosta"-nın məlumatına görə, hadisə Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin yaxınlığında baş verib. Belə ki, 26 avqust 2022-ci il tarixdə ərazidə yerləşən mənzillərin birində baş vermiş oğurluq hadisəsində şübhəli bilinən Azər (şərti) 11 noyabrda 23-cü polis bölməsinə gətrilib.

Saat 20:45 radələrində PB-nin yaxınlığında avtomobildən düşürülüb bölməyə aparılarkən qaçıb. Sonradan polis tərəfindən saxlanılaraq, məcburi qaydada bölməyə gətirilib.

Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azər izahatında qonşusunun ona şər atdığını bildirib. O, oğurluq etmədiyini və buna görə də polis idarəsinə getmək istəmədiyini bildirib. Polislərdən qaçaraq rayona geduib. Təqsirləndirilən şəxs söyüş söydüyünü etiraf edib, lakin polisləri yox, ona şər atan qonşusunu söydüyünü bildirib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, 150 manat cərimə edilib və məhkəmə zalından sərbəst buraxılıb.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26