Interposta.Info

Qohumuna qarşı dələduzluqda ittiham edilən təşkilat sədri saxlanıldı

 

Ölkə
 17-05-2024, 17:55     44 067

Qohumuna qarşı dələduzluqda ittiham olunan Son Ümid Xalq Hərəkatının sədri Əliyev Ramin Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

"İnterPosta" xəbərinə görə, xalası oğlu Səbuhi Mehrəliyevin R.Əliyevin ona qarşı 11 min manatdan çox dələduzluq etməsi ilə bağlı müraciəti əsasında Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə çağırışdan yayınan R.Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26