Interposta.Info

“Elmarın “vor zakon” qohumu məni hədələyib” – yarım milyonluq dələduzluq işi

Ölkə
 14-05-2018, 14:36     10 523

Dələduzluqda ittiham edilən iş adamı hakim qarşısına çıxarılıb. O, Ukraynadan avtomobil yağı və antifriz gətirəcək adı ilə ümumlikdə yarım milyon manat dələduzluq etməkdə təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Firdovsi Səfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Novruz Kərimovun sədriliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Firdovsi Səfərovun əməlində heç bir cinayət olmadığı və ona verilən ittihamlar sübuta yetirilmədiyi üçün bəraət verilib.

Qeyd edək ki, iş üzrə 10-dan çox zərərçəkən var. Dəymiş ümumi ziyan yarım milyon manata yaxındır.

Firdovsi Səfərov isə özünü təqsirli bilmir və iş üzrə zərərçəkənmiş Elmar Səmədov ona qarşı tələ qurduğu deyir.

“Elmarın “vor zakon” qohumu məni hədələyib və özünün borclu olduğu adamları mənim üstümə qoyub.
Özü də istintaqa pul tökərək məni tutdurub. Elmarla iş görmüşəm, pulunu vermişəm”.

F.Səfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. (musavat.com)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26