KTM sirkə turşusundan zəhərlənənlərin sayını AÇIQLADI
2024-cü ilin fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub.
Bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir. Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26