Interposta.Info

Bakıda gəlin toyundan bir gün əvvəl ölümdən döndü

Ölkə
 15-12-2017, 23:02     10 469

Bir gün sonra toyu olacaq qız dəm qazından zəhərlənib.

"XeberBiz" "Xəzər TV"yə istinadən xəbər verir ki, dekabrın 5-i gecə saat 00:30-da Bakı şəhəri Toksikalogiya Mərkəzinə komatoz vəziyyətində xəstə daxil olub. Məlum olub ki, qız toyundan bir gün əvvəl hamamda dəm qazından boğulub. Qız, həyatını xilas edən həkimləri minnətdarlıq əlaməti olaraq toyuna dəvət edib.

Bu il dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə 190 xəstə daxil olub. Onlardan 1-i dünyasını dəyişib.

Mərkəzin baş həkimin müavini Məhəbbət İbrahimova deyib ki, ötən il 455 müraciət olsa da, indi bu rəqəm 2,4 dəfə azalıb.

Bu il 602 nəfər dərman vasitələrindən, 254 nəfər sirkə turşusundan, 208 nəfər allergik reaksiyalardan, 12 nəfər isə göbələkdən zəhərlənib. Qaraqurd sancması ilə isə 5 nəfər müraciət edib.

Klinik Tibbi Mərkəzinin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, bu il ilan sancma halı ilə müraciət edənlərin sayı artıb. Ötən il 90 nəfər olsa da, bu il 104 nəfəri ilan sancıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26